Azərbaycanda polis həyatı ilə risk etdi… - VİDEO

Azərbaycanda polis həyatı ilə risk etdi… - VİDEO

Şamaxıda avtomobil hərəkətdə olarkən qəfildən yanmağa başlayıb.

Peyk.az Axar.az-a istinadən xəbər verir ki, Bu barədə hadisə şahidləri məlumat verib. Belə ki, rayon sakininə məxsus VAZ-2106 markalı avtomobil qəfildən yanmağa başlayıb. Avtomobilin partlama riski və hadisə baş verən yerdən bir az kənarda orta məktəbin olması yaxınlıqda xidmət aparan yol polisi əməkdaşını riskli addım atmaga məcbur edib.

Polis əməkdaşı yanğınsöndürən balonla avtomobili söndürməyə çalışıb. Yanğınsöndürənlər gələnə qədər YPX əməkdaşı yanğının qarşısını alıb.

Məlumata görə, avtomobili söndürən şəxs Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşı, polis leytenantı Aydın İsayevdir.

O, 710 saylı Müşfiqabad postunda xidmət aparır.