Azərbaycanda qonşular arasındakı dəhşətli hadisənin TƏFƏRRÜATI

Ağdam rayonunda qonşunun qonşusunu amansızlıqla qətlə yetirməsi hadisəsinin təfərrüatları məlum olub.

Azərbaycanda qonşular arasındakı dəhşətli hadisənin TƏFƏRRÜATI

Peyk.az publika.az-a istinadən xəbər verir ki, rayonun Xındırıstan kənd sakini 1956-cı il təvəllüdlü Hətəmov Əli Ələsgər oğlu həyətləri yanaşı qonşu olan Nəsibov Ümid Qulu oğlu ilə yol üstündə dalaşıb.

Belə ki, Ü.Nəsibov qonşusundan onların çəpərinin kənarı ilə tövlənin tullantılarının aparmağa icazə istəyib və qonşular razılığa gəlib. Lakin dünən saat 18 radələrində Ə.Hətəmov qonşusunun yolu tullantı daşımaq üçün deyil araba yolu kimi istifadə etdiyini və mal-qaranı da bu yolla apardığını görərək əsəbləşib. 63 yaşlı kişi qonşusuna mal-qaranın onun çəpərinin kənarını batırdığını deyib və onunla dalaşıb. Ü.Nəsibov isə mal-qaranın yola tökdüyü peyini təömizləyəcəyini desə də, Ə.Hətəmov razılaşmayıb və ona buradan hərəkət etməyə icazə verməyəcəyini deyib. O, arabanın qarşısına uzanaraq Ümidə araba ilə hərəkətə və qoşquya bağlanmış iribuynuzlu heyvanları aparmağa icazə verməyəcəyini deyib. Ü.Nəsibov da öz növbəsində hərəkətə davam edib və arabanı onun üzərinə sürüb. bu Zaman həm təkər, həm də iribuynuzlu heyvanların ayaqları altında qalan 63 yaşlı kişi ağır xəsarət alıb. O gecə saat 01 radələrində xəstəxanada keçinib.

Bildirilir ki, xeyli vaxt əvvəl həyat yoldaşını itirən Ə.Hətəmov 3 övladını evləndirdikdən sonra tək yaşayırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.