Azərbaycanda toydan qayıdarkən ölən şəxslərlə bağlı YENİ FAKTLAR

Ötən gecə Bakı-Şamaxı-yevlax yolunun Qobustandan keçən hissəsində baş verən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Azərbaycanda toydan qayıdarkən ölən şəxslərlə bağlı YENİ FAKTLAR
https://peyk.az

Peyk.az publika.az-a istinadən xəbər verir ki, Qobustan şəhəri ərazisində sürücü Hetayev Nurəddin Hacı oğlunun idarəetməsindən çıxaraq menaəyə çırpılan "Mercedes Vito" markalı mikroavtobusdakı şəxslərin hamısı Bakıda keçirilən toydan Balakənə qayıdırmış.

Belə ki, dünən paytaxtda Balakən rayon Yeni Şərif kəndindən olan İsmayıl Zirnixovun qızının toyu keçirilib. Toya dəvət edilən Balakən sakinləri N.Hetayevin icrəyə götürdüyü avtomobillə Bakıya gəliblər. Gecə saatlarında onlar geri qayıdarkən isə dəhşətli qəza baş verib.

Hadisə nəticəsində Balakən rayon Yeni Şərif kənd sakini 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Süleyman qızı, Qaysa kənd sakini 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Şaban qızı, 1963-cü il təvəllüdlü Əsdiyev Hacıyev Şəhmir oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu və 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Avtomobilin sürücüsü Balakən rayon Yeni Şərif kənd sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişin 1968-ci il təvəllüdlü Papaxov Paşa Şəhmir oğlu hadisə yerində dünyasını dəyişib. Qəzada ölən P.Papaxov sahibkar olub və ticarətlə məşğul olurmuş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.