Azərbaycanda vəzifəli şəsxin oğlunu avtomobil vuraraq öldürdü

Azərbaycanda vəzifəli şəsxin oğlunu avtomobil vuraraq öldürdü

Hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb

Bakı-Sumqayıt yolunda baş vermiş yol qəzası zamanı xəsarət alan piyada dünyasını dəyişib.

1993-cü il təvəllüdlü Vəliyev Ülvi Mehdi oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada keçinib.

Qeyd edək ki, Ü.Vəliyev Bakı Şəhər Baş Polis İdarəsində şöbə rəisi işləyən Mehdi Vəliyevin oğludur.
Bakı-Sumqayıt yolunda, Xırdalan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı taksi fəaliyyəti ilə məşğul olan Müzəffər adlı sürücü idarə etdiyi "Daewoo Gentra" markalı minik avtomobili ilə 1993-cü il təvəllüdlü Vəliyev Ülvi Mehdi oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona hər iki ayağın sınığı, qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.