Azərbaycanda yaşayış binasında partlayış

Azərbaycanda yaşayış binasında partlayış
https://peyk.az

Gəncənin Kəpəz rayonundakı beşmərtəbəli binada partlayış meydana gəlib və yanğın olub.

Sonxeber.az-a bu barədə FHN-dən məlumat verilib.Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində ümumi sahəsi 25 m² olan 1 otaqlı mənzilin yanar konsturuksiyaları 16 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən otağın qapı və pəncərə çərçivələri yerindən çıxıb. Yanğın zamanı 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.