Azərbaycanın qrup komandası dünya kubokunun finalına çıxıb (FOTO)

Azərbaycanın qrup komandası dünya kubokunun finalına çıxıb (FOTO)
https://peyk.az

Azərbaycanın qrup komandası bədii gimnastika üzrə 37-ci dünya çempionatında 3 halqa və 2 cüt gürzlərlə hərəkətlərdə finala çıxıb

Trend-in məlumatına görə, Azərbaycan komandası 26.700 xal toplayıb.

Finala Yaponiya (29.000 xal), Bolqarıstan (28.800 xal), Rusiya (28.700 xal), Belarus (28.000 xal), İsrail (27.500 xal), İtaliya (27.400 xal) və Çin (26.100 xal) komandaları çıxıb.

Yarışlarda Azərbaycanı Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Daria Sorokinadan ibarət komanda təmsil edir.

 

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").