Azərbaycanlı Belarusda üç nəfəri döydü - Prokurorluqlar işə qarışdı

Azərbaycanlı Belarusda üç nəfəri döydü - Prokurorluqlar işə qarışdı
https://peyk.az

Azərbaycan vətəndaşı N. Belarusda xuliqanlıqda ittiham olunur. 

Belarus Baş Prokurorluğunun məlumatına görə, kişi Moqilevdə cinayət törədərək Belarus ərazisini tərk edib.

Belə ki, 8 aprel 2018-ci ildə o, sərxoş halda yoldan keçən bir nəfəri və onu sakitləşdirməyə çalışan iki nəfəri döyüb. Üstəlik azərbaycanlı tək olmayıb - ona Ş. və L. adlı şəxslər də kömək edib.

Belarus Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı cinayət işi artıq Azərbaycan Baş Prokurorluğuna göndərilib. 

Prokurorluq Azərbaycandan xuliqanın cəzalandırılmasını tələb edib.