Azarkeşlər stadiona buraxıldı, sosial məsafəyə əməl etmədilər

Avropa ölkələrində futbol tədricən bərpa olunmağa başlayarkən Serbiyada artıq azarkeşlər də stadionlara buraxılır. “Peyk.AZ” xəbər verir ki, təx

Azarkeşlər stadiona buraxıldı, sosial məsafəyə əməl etmədilər

Avropa ölkələrində futbol tədricən bərpa olunmağa başlayarkən Serbiyada artıq azarkeşlər də stadionlara buraxılır.

“Peyk.AZ” xəbər verir ki, təxminən 3 aylıq fasilədən sonra bu ölkədə bir futbol matçında tərəfdarlar da tribunadakı yerlərini alıblar.

Bu, Serbiya kuboku çərçivəsində keçirilən “İndjija” – “Srvena Zvezda” matçına təsadüf edib. Bu oyunu təxminən 800 nəfər izləyib. Amma onların sosial məsafə qaydalarına əməl etməməsi və maska geyinməməsi xüsusi diqqət çəkib. Halbuki, Serbiya Futbol Federasiyası azarkeşlərin arenaya girişinə icazə verərkən bu və digər məqamlarla bağlı xüsusi tövsiyələrini açıqlamışdı. 

Qarşılaşma “Srvena Zvezda”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb və bu komanda yarımfinala vəsiqə qazanıb.