“AzerGold” ixracdan gəlirlərini 41% artırıb

​Bu il “AzerGold” qızıl və gümüşün satışından 20,5 mln. manat vəsait cəlb edib

“AzerGold” ixracdan gəlirlərini 41% artırıb

Koronavirus (COVID-19) pandemiyası dövründə “AzerGold” QSC Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara uyğun növbəli iş rejimində, bütün sahələr üzrə fasiləsiz fəaliyyətini davam etdirir.

“Report”un “AzerGold” QSC-yə istinadən verdiyi məlumata görə, mövcud şəraitdə Səhmdar Cəmiyyət alternativ daşınma yolu ilə 2-ci irihəcmli ixrac əməliyyatını reallaşdırıb.

Qiymətli metalların kəskin qiymət artımı fonunda "Çovdar" filiz emalı sahəsində hasil olunan qızıl və gümüşdən istehsal edilmiş növbəti 36 ədəd gümüş və qızıl qarışıq tərkibli xəlitə İsveçrədə saflaşdırıldıqdan sonra satışa çıxarılıb.

Bu il ərzində baş tutan altıncı ixrac əməliyyatı nəticəsində 6 703 ;unsiya qızıl, 15 273 ;unsiya gümüşün satışından, ümumilikdə 12,085 mln ;ABŞ dolları (20,544 mln ;manat) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.

Bununla cari ilin birinci yarımili ərzində həyata keçirilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsait 43,250 ; ;ABŞ dollarına (73,526 mln ; ;manat) yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% artım deməkdir.