Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işçilərinin sayını 6% artırıb

2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) orta hesabla 14 208 nəfər işçi çalışıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işçilərinin sayını 6% artırıb

2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) orta hesabla ;14 208 nəfər işçi çalışıb. ;

"Report" quruma istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 6,2% çoxdur. ;

Ötən il ;işçilərə hesablanmış əməkhaqqı əvvəlki ilə nisbətən ;17,1% artaraq 7 milyon manat, ;əməkhaqqından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ;Dövlət Sosial Müdafiə Fonduna ayırmalar isə ;10,6% artaraq 17,7 milyon manat təşkil edib. ;