Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Oxu.Az-ın məlumatına görə, geoloq alim, Əməkdar elm və texnika xadimi, AMEA-nın müxbir üzvü Kərim Kərimov aprelin 15-də, 87 yaşında vəfat edib. K.Kərimov 1992-1996-cı illərdə ARDNŞ-in nəzdindəki Geofizika Baş İdarəsinin rəisi, 1996-2005-ci illərdə Geofizika...

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.

Oxu.Az-ın məlumatına görə, geoloq alim, Əməkdar elm və texnika xadimi, AMEA-nın müxbir üzvü Kərim Kərimov aprelin 15-də, 87 yaşında vəfat edib.

K.Kərimov 1992-1996-cı illərdə ARDNŞ-in nəzdindəki Geofizika Baş İdarəsinin rəisi, 1996-2005-ci illərdə Geofizika və Mühəndis Geologiyası İctimai Birliyinin baş direktoru vəzifələrində çalışıb. 2006-2008-ci illərdə Geofizika və Geologiya İdarəsində elmi işlər üzrə baş müşavir işləyib.

Alim 1991-ci ildə geologiya-geofizika elminin inkişafındakı qulluq lərinə görə Azərbaycan Res­pub­likasının “Əməkdar elm və texnika xadimi” fəxri adı­na layiq görülüb, 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.