Azərbaycan gündəlik neft hasilatını azaldacaq

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi” qəbul edilib. Videokonfransa “OPEC+” ölkələri ilə yanaşı, ilk dəfə olaraq...

Azərbaycan gündəlik neft hasilatını azaldacaq

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi” qəbul edilib.

Videokonfransa “OPEC+” ölkələri ilə yanaşı, ilk dəfə olaraq Kanada, Norveç, Argentina, Braziliya, Kolumbiya, İndoneziya, Misir, Çad, Trinidad və Tobaqo kimi ölkələr də qatılıb.

İclasda “OPEC+” ölkələri gündəlik neft hasilatının müxtəlif  müddətlər və həcmlərdə azalması ilə bağlı razılıq əldə ediblər. 

Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, “OPEC+” ölkələri  may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla, 10 mln. barel həcintellect ə azaldacaqlar.  

Hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6,085 mln. barel, qeyri-OPEC ölkələri üçün isə  3,915 mln. barel müəyyən edilib. Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaldacaq.

Beləliklə, mayın 1-dən iyulun 1-dək  Azərbaycanda gündəlik neft istehsalı razılaşdırılmış kvotaya uyğun tənzimlənəcək. Bu müddət ərzində  Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcintellect ə saxlamalıdır.

2020-ci ilin iyul-dekabr aylarında  isə “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% olmaqla  8 mln. barel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar  OPEC  üzrə gündəlik 4,868 mln, qeyri-OPEC üzrə isə 3,132 mln. barel müəyyənləşdirilib. 

Azərbaycan  bu dövrdə gündəlik istehsalını 131 min barel azaltmaqla 587 min barel səviyyəsində saxlamalı olacaq.

2021-ci ildən 2022-ci ilin aprelinədək “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% olmaqla 6 mln. barel azaldılması planlaşdırılır. Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3,651 mln barel, qeyri-OPEC üzrə 2,349 mln barel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə  98 min barel azalma  ilə hasilatı 620 min barel həcintellect ə saxlamaq öhdəliyini götürməli olacaq.  

İclasda “OPEC+” formatından kənar neft ölkələrinə isə gündəlik hasilatı 5 mln. barel azaltmaq çağırışı edilib.