Azərbaycan ilə Rusiya arasında uçuşlar iyulun 15-dən bərpa olunacaq

Bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb

Azərbaycan ilə Rusiya arasında uçuşlar iyulun 15-dən bərpa olunacaq

Rusiya koronavirus pandemiyası fonunda tətbiq edilən məhdudiyyətlər səbəbi ilə dayandırılan beynəlxalq hava rabitəsini ilk olaraq 8MDB ölkəsi, o cümlədən Azərbaycan iləiyulun 15-dəbərpa edəcək.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, ;bundan sonra avqustun 1-dən etibarən ;Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə ;uçuşlar bərpa ediləcək. Həmçinin payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.

Qeyd edək ki, Rusiya martın 27-dən koronavirus pandemiyası səbəbiylə digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb. Rusiyalıların xaricdən qayıtması üçün təşkil edilən uçuşlar və hökumət adından edilən müəyyən uçuşlar istisna təşkil edir.