“Azərbaycan koronavirusun yaratdığı vəziyyəti nəzarətə götürən azsaylı ölkələrdən biridir” –Partiya sədri

“Bir çox ölkələrin Azərbaycanın koronavirusla mübarizədə əldə etdiyi təcrübədən yararlanması da mütləq vurğulanmalıdır”.

“Azərbaycan koronavirusun yaratdığı vəziyyəti nəzarətə götürən azsaylı ölkələrdən biridir” –Partiya sədri

“Bir çox ölkələrin Azərbaycanın koronavirusla mübarizədə əldə etdiyi təcrübədən yararlanması da mütləq vurğulanmalıdır”.

Bu fikirləri Peyk.az-a açıqlamasında prezident İlham Əliyevin modul tipli xəstəxanaların açılış mərasimindəkı çıxışında Azərbaycanın koronavirusla mübarizədə qazandığı uğurları əks etdirən fikirlərinə münasibət bildirən Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, pandemiya şəraitində ölkədə tətbiq olunan sosial dəstək proqramları vətəndaş amilinin Azərbaycanın dövlət siyasətinin təməlində dayandığını göstərir:

“Pandemiyanın vüsət aldığı ilk vaxtlardan etibarən, Azərbaycan bu istiqamətdə mübarizənin effektli təşkili üçün çox ciddi qərarlar qəbul etdi. Cənab prezidentin rəhbərliyi ilə adekvat addımlar atıldı.

Bu tədbirlərin nəticəsində Azərbaycan kornavirusla bağlı yaranmış vəziyyəti tam nəzarət altına almağı bacaran azsaylı ölkələrdən biri oldu. Azərbaycanın koronavirusla mübarizədə göstərdiyi nümunəvi fəaliyyətin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri dəfələrlə prezidentə təşəkkür məktubu göndərilib. Bir çox ölkələrin Azərbaycanın koronavirusla mübarizədə əldə etdiyi təcrübədən yararlanması da mütləq vurğulanmalıdır.

Cənab prezident pandemiya dövründəki bütün çıxışlarında vətəndaşların sağlamlığının dövlətin prioriteti olduğunu qeyd edib. Koronirusun vətəndaşlar üzərində yaratdığı iqtisadi çətinliklərin aradan qaldırılması məqsədilə geniş sosial dəstək proqramları tətbiq olundu.

Qeyd etmək lazımdır ki, bu istiqamətdə artıq 3 milyard manata qədər vəsait xərclənib. Bu, bir daha sübut edir ki, vətəndaş amili Azərbaycanın dövlət siyasətinin təməlində dayanır”.

Aqil Bəkir

www.peyk.az