Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Müdafiə nazirinin tapşırığına əsasən, iyunun 7-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Müdafiə nazirinin tapşırığına əsasən, iyunun 7-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlığı gənc əsgərləri hərbi andı qəbul etmələri münasibəti ilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar. Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.