Azərbaycan ordusunda döyüşən yəhudi əsgər İsrailə səsləndi: “Haqq savaşında Azərbaycana dəstək olun” - VİDEO

Quba rayonunun Krasnaya Slobada qəsəbəsində doğulmuş və Azərbaycan ordusunun sıralarında xidmət edən Quba yəhudisi əsgər Daniel Zarbailov soydaşlarına, yəhudilərə və İsrail dövlətinə müraciət edib. O bildirib ki, ön xətdə xidmət etməkdən qürur duyur, torpaqlarımızın azad ediləcəyindən əmindir. Zarbailov həmçinin İsrail...

Azərbaycan ordusunda döyüşən yəhudi əsgər İsrailə səsləndi: “Haqq savaşında Azərbaycana dəstək olun” - VİDEO

Quba rayonunun Krasnaya Slobada qəsəbəsində doğulmuş və Azərbaycan ordusunun sıralarında xidmət edən Quba yəhudisi əsgər Daniel Zarbailov soydaşlarına, yəhudilərə və İsrail dövlətinə müraciət edib.

O bildirib ki, ön xətdə xidmət etməkdən qürur duyur, torpaqlarımızın azad ediləcəyindən əmindir. Zarbailov həmçinin İsrail dövlətinə və yəhudilərə səslənərək haqq savaşında azərbaycanlılara dəstək olmağa çağırıb.