“Azərbaycan polisi növbəti sınaqdan üzüağ çıxdı” — DEPUTAT

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Kamran Bayramov deyib.

“Azərbaycan polisi növbəti sınaqdan üzüağ çıxdı” — DEPUTAT

Millət vəkili bildirib ki, polisin uğurlu fəaliyyəti nəticəsində ötən müddət ərzində respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyin təmin olunmasında polsinin xüsusi rolu olub: “Polis cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilmiş, ictimai etimad qazanmışlar. Daxili işlər orqanları ; fəaliyyətində dövlətə sədaqətdə qətiyyətli mövqe nümayiş etdirməklə ; üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələrək, dövlətçilik sınağından üzüağ çıxmışlar. ; Azərbaycan polisi ; koronavirus pandemiyası dövründə tətbiq edilən karantin rejimi dövründə də üzərinə düşən missiyanı layiqincə yerinə yetirməklə, növbəti sınaqdan üzüağ çıxıb. Polisin karantin dövründəki peşəkarcasına fəaliyət göstərməsi insanlarda qürurverici anlar yaşadıb. Yəni polis uzun illər ərzində barələrindəki firikləri alt-üst etməklə, insanların güvənc yeri, etibarlı keşikçisi, xilaskarı, ; ən çətin anlarda ; onların yanında olan bir peşə sahibi imicini formalaşdırıb. Son illərdə baş verən hadisələrdə polisin etdiyi şücaətlər, fədakarlıqlar, ən yüksək bəşəri dəyərlərə uyğun hərəkətlər edərək insanlara yardım etməsi bunun bariz nümunəsidir. Onlarla, yüzlərlə belə faktı çəkə bilərik. Artıq son illərdə Azərbaycan polisi ; eyni zamanda insanlıq, bəşəri dəyərlərin, ; əxlaqi, milli-mənəvi dəyərlərin təşviqatçısı rolunda çıxış etməkdədir. 2015-ci ildə Bakıda çoxmərtəbəli binada baş verən yanğında polisin körpəni xilas etməsi, yol-patrul xidmətinin əməkdaşlarının ; dəfələrlə yollarda ; xəstələrə, yardıma ehtiyacı olan insanlara ; kömək edərək, onları ; insanları ya ; xəstəxanalara yaxud da evlərinə çatdırıb və sair. Məhz ; ona görə də cənab ; Prezident İlham Əliyev polis orqanlarının fəaliyyətini son dərəcə yüksək qiymətləndirməklə yanaşı, respublikamızda ictimai-siyasi sabitliyin etibarlı təminatında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində DİN-in xidmətlərini xüsusi qeyd edib. ; Cənab Prezident çıxışlarının birində polisin fəaliyyətini belə dəyərləndirib: “Ümumilikdə daxili işlər orqanlarının şəxsi heyəti ölkədə aparılan quruculuq prosesində fəal iştirak edərək dövlətin, hüquqi, fiziki şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Bu gün hər bir vətəndaş əmin ola bilər ki, Azərbaycan polisi onun həyat və sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin, ictimai asayişinin keşiyindədir. Azərbaycan polisi hər zaman dövlətimizin diqqət və etimadını hiss edir, fəaliyyətinə verilən yüksək qiyməti böyük minnətdarlıqla qarşılayır, habelə xalqımıza ən müxtəlif sahələrdə xidmət göstərməkdən böyük qürur duyur”. Bəli, ölkə başçısının polis haqqında səsləndirdiyi bu fikir karantin rejimi dövründə bir daha özünün təsdiqlədi. Azərbaycan polisi karantin rejimi ilə bağlı tətbiq edilən qaydaları pozanlara qarşı cəza tədbirini həyata keçirməkdən daha çox, epidemiyanın necə təhlükəli bir bəla olduğunu, hansı fəsadlara yol aça biləcəyi barədə maarifləndirmə ; işləri aparıb, qoyulan qaydalara əməl etməyə çağırış edib. Polisin son günlərdəki fəaliyyəti isə tamamilə fərqli oldu. Belə ki, həftəsonu karantin rejiminin sərtləşdirilməsi dövründə polis daha çox insanların yardımına yetişib, onların problemini həll edib, ümid yerinə çevrildilər. Azərbaycan polisi öz yeməyini belə ehtiyacı olan insanlarla bölüşdü. ; ;Hətta insanların sosial problemlərini həll etdi. Azərbaycan polisi vətənaşlarımızın cinayətkarlığa qarşı mübarizədə ; yox, o cümlədən sağlamlığının keşikçisi rolunu oynadı. Azərbaycan polisi bu vəzifəsini şərəflə və layiqincə həyata keçirməklə, növbəti insanlıq imtahanından üzüağ çıxdı”. ;

Mürtəza ; Ölkə.Az