Azərbaycan polisindən qürurverici davranış - VİDEO

Bakıda polislərin bu hərəkəti vətəndaşlar tərəfindən alqışlanıb. 

Azərbaycan polisindən qürurverici davranış - VİDEO

Bakıda polislərin bu hərəkəti vətəndaşlar tərəfindən alqışlanıb. 

Peyk.az xəbər verir ki, videogörüntülər paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan sakinlər tərəfindən lentə alınıb.

Belə ki, ərazidə xidmət aparan Qaradağ Rayon Polis İdarəsinin (RPİ), Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları və Daxili Qoşunların hərbçilərinin səslənən Azərbaycan Respublikasının Dövlət Himninə verdiyi reaksiya sakinləri kövrəldib.

Xidməti vəzifələrini yerinə yetirən DİN əməkdaşları himn səslənən zaman xidməti avtomobillərindən düşərək fərəqət vəziyyəti alıblar.

Qürurverici görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb:

www.peyk.az