Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunur — RƏSMİ

"Ölkə.Az" xəbər verir ki, məlumatı AFFA-nın saytı yayıb.

Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunur — RƏSMİ

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının rəhbər şəxsləri və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iclasda iştirak edib. Elxan Məmmədov gündəlikdəki məsələlər barədə danışaraq qeyd edib ki, müzakirəyə çıxarılan mövzular əvvəlcədən klublara göndərilib. Sonra PFL-in prezidenti Ramin Musayev fikirlərini bildirib. Premyer Liqa klublarının rəsmiləri gündəlikdəki bütün məsələlər barədə çıxış etdikdən sonra AFFA-nın baş həkimi Vyaçeslav Xomenko mövcud vəziyyətdə sanitar-gigiyenik qaydalara riayət olunmasının və COVİD-19 testinin vacibliyi barədə danışıb. ;

Ətraflı müzakirələrdən sonra aşağıda qeyd olunanlarla bağlı razılıq əldə olunub: ; 1. 2020-ci il iyunun 1-dən etibarən Premyer Liqa klublarının məşqləri, 2020-ci il iyunun 21-də Premyer Liqa və Azərbaycan Kuboku oyunları bərpa olunsun;

2. Premyer Liqa oyunlarının bərpasından əvvəl klublarının futbolçu və məşqçi heyəti mütləq şəkildə “COVID-19” testinə cəlb olunsun. Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada qəbul edə bilər;

3. Premyer Liqa və Kubok oyunlarının təqvimi PFL tərəfindən hazırlanaraq yaxın günlərdə klublara göndəriləcək;

4. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin “COVID-19” testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra müvafiq təlimatlara uyğun hərəkət edəcək;

5. “COVID-19” pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunması PFL və klublar arasında müzakirə olunacaq. ; Qeyd olunanlarla yanaşı, iclasda məqşlərin və oyunların təşkili zamanı texniki proseslər ətraflı müzakirə olunub, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət olunmasının vacibliyi xüsusi vurğulanıb. Klublar Komitəsinin iclasında müzakirə olunan bir sıra məsələlər yekun qərarların qəbul olunması üçün İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə daxil olunacaq.

Ölkə.Az

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, 38 yaşlı keçmiş qolkiper növbəti mövsümdən 4-cü liqa təmsilçisinə rəhbərlik edəcək. ;

Qeyd edək ki, Viktor Valdes 2017-ci ildə karyerasını başa vurub. O, 2019-cu ildən "Barselona"nın gənclər komandasında işləyib. Təcrübəli qapıçı 6 dəfə İspaniya La Liqasının, 3 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Valdes İspaniya millisi ilə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionatında qızıl medal qazanıb. ;

1922-ci ildə təsis edilən "Horta" klubu Kataloniyada yerləşir. Komandanın ən böyük uğuru 1952-ci ildən 1959-cu ilədək İspaniyanın 3-cü liqasında çıxış etməsidir.

Ölkə.Az

"Ölkə.Az"ın xəbərinə görə, koronavirus pandemiyası səbəbindən dayandırılan və ləğv edilən yarışın iyulun əvvəllərində startı planlaşdırılır.

İlk olaraq iyulun 5-də və 12-də Avstriya Qran-Prisi keçirilməlidir. Yarışın Azərbaycan mərhələsi sentyabrın 20-də baş tutacaq. Əvvəlcə həmin tarixdə Bakıda yalnız "Formula-2"nin keçiriləcəyi dəqiqləşmişdisə, təşkilatçılar artıq “Formula-1”in də həmin vaxt ölkəmizdə baş tutmasını nəzərdə tutur.

Dünya çempionatının Avropa bölümünün yekun təqviminin iyunun 1-də açıqlanması gözlənilir. Hazırkı duruma əsasən təqvim aşağıdakı kimi formalaşıb:

5 iyul – Avstriya

12 iyul – Avstriya

19 iyul - Macarıstan

2 avqust – Böyük Britaniya

9 avqust – Böyük Britaniya

16 avqust – İspaniya

30 avqust – Belçika

6 sentyabr – İtaliya

20 sentyabr – Azərbaycan

27 sentyabr – Rusiya

4 oktyabr - Çin

11 oktyabr - Yaponiya

25 oktyabr - ABŞ

1 noyabr - Meksika

8 noyabr - Braziliya

22 noyabr - Vyetnam

29 noyabr – Bəhreyn

6 dekabr - Bəhreyn

13 dekabr – BƏƏ.

Qeyd edək ki, əvvəlki mərhələlər, o cümlədən Azərbaycan Qran-Prisi koronavirus səbəbindən baş tutmayıb. Bəzi yarışlar ləğv edilib, bəziləri təxirə salınıb. (Apasport)