Azərbaycan Prezidenti “Facebook”da dünya liderləri arasında — ARAŞDIRMA

Media.Az-ın tanış olduğu hesabata əsasən, 12 ay ərzində Azərbaycan dövlət başçısının səhifəsinə 49 min 847 yeni abunəçi üzv olub, son bir ildə artım 8,85% təşkil edib.

Azərbaycan Prezidenti “Facebook”da dünya liderləri arasında — ARAŞDIRMA

Qeyd edək ki, hesabat “Twiplomacy”nin illik araşdırmasının bir hissəsidir. Əvvəlcə müəlliflər yalnız “Twitter”ə diqqət ayırıblar, lakin sonradan digər platformalar, o cümlədən, “Facebook” və “Instagram” araşdırmaya əlavə edilib.

Tədqiqat çərçivəsində Azərbaycan Prezidentinin və Xarici İşlər Nazirliyinin səhifələri daxil olmaqla, 721 sosial şəbəkə səhifəsi və 20 şəxsi profilin sosial şəbəkədəki aktivliyi təhlil edilib.

Tədqiqat çərçivəsində Azərbaycan Prezidentinin və Xarici İşlər Nazirliyinin səhifələri daxil olmaqla, 721 sosial şəbəkə səhifəsi və 20 şəxsi profilin sosial şəbəkədəki aktivliyi təhlil edilib.

Hesabata əsasən, 12 ay ərzində Azərbaycan Prezidentinin səhifəsinə 276 və ya gündə 0,76 yazı yerləşdirilib. Ümumilikdə, qarşılıqlı əlaqələrin sayı 814 688-ə bərabər olub və əlaqə səviyyəsi 0,50% təşkil edib. Bunlardan 658 140-ı bəyənmə, 30 282-si şərh, 71 753-ü isə post paylaşımıdır. İlham Əliyevin postlarına 712 653 dəfə reaksiya verilib, onlar 44 507 dəfə “super” işarəsi qoyulmaqla bəyənilib. 12 ay ərzində Azərbaycan dövlət başçısının səhifəsinə 49 847 abunəçi üzv olub (artım - 8,85%). Ümumilikdə, onun səhifəsi 613 226 dəfə bəyənilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin səhifələrinin qarşılıqlı əlaqə sayı 14 087 olub, qurumun postları 10 536 dəfə bəyənilib, 238 şərh yazılıb və 2 552 dəfə paylaşılıb.

Hesabat dövründə XİN 395 post paylaşıb, bu da gündəlik 1,08 post deməkdir.

Azərbaycanın XİN-in səhifəsinə yeni 1 935 izləyici ;(17,73% artım) əlavə olunub. Bəyənmələrin ümumi sayı isə 12 849 olub.

Ümumdünya statistikasına gəldikdə, hesabata əsasən, abunəçilərinin sayına görə planetin ən populyar lideri Hindistanın Baş naziri Narendra Modidir (44,7 milyon). İlk onluqda, həmçinin, ABŞ Prezidenti Donald Tramp (26,1 milyon), Pakistanın Baş naziri İmran Xan (9,7 milyon) və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan (9,2 milyon) yer alır.

Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp son 12 ayda özünün “Facebook” səhifəsində qarşılıqlı əlaqələrin sayına görə reytinqə başçılıq edir.

Qeyd edək ki, tədqiqatın beşinci nəşrində BCW sosial şəbəkələrdəki 721 səhifə və 20 şəxsi profili analiz edib, bunların 448-i “Facebook” komandası tərəfindən yoxlanılıb və təsdiqlənib. Qalan 293 səhifə yoxlanılmayıb, ancaq araşdırma müəllifləri hesab edir ki, onları rəsmi saymaq olar.

Məlumatlar 1 mart 2020-ci ildə BCW, Crowdtangle.com və Klear.com alətlərindən istifadə edərək, qarşılıqlı əlaqələrin, qarşılıqlı əlaqə səviyyəsinin, postların və s. 1 mart 2019-cu ildən 29 fevral 2020-ci ilədək ümumi sayı da daxil olmaqla toplanıb.

“Ölkə.Az” xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev milli Məcliisn bu gün keçiirlən iclasında bəzi deputatların müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinin tez səsə qoyulması ilə bağlı fikirlərə mövqeyini açıqlayarkən deyib:

“Parlament nədən ötrüdür, müzakirəyə çıxarılan məsələni daha geniş müzakirə etmək üçün... Hara tələsirik? Bu bizim işimizdir. Kim yorulub, işləmək istəmir çıxıb getsin. İşləmək istəyənlərə imkan yaradılsın”.

Mürtəza

Ölkə.Az

“Ölkə.Az” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli ; parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, kifayət qədər düşmənlərimiz olduğundan səsləndirdiyimiz fikirlədə məsuliyyətli olmalıyıq:

“Avropa heyranlarımız var. Belə bir məqamda bizim özümüzdən başqa bir-birimizə söykənib, əl-ələ verib bu çətin məqamlarda ən çətin vəziyyətdən çıxamaq yolu birliyimizdədir. Burada yeni seçilən deputatlar var. Təbii ki, düşüncələrində və fikirlərində səhvlərə yol verə bilər. Bizim kifayət qədər təcrübəli deputatlarımız da var. Müəyyən məsələlər var ki, o məsələlərdə çox diqqətli olmalıyıq. Burada deyilən hər bir söz dünya ictimaiyyətinə çatır və qarşı tərəfə bir mesajdır. Ona görə də hər bir sözümüzü ölçüb-biçməliyik. Millətimiz, dövlətimiz, sərhədimiz və hərbimiz haqqında danışanda yüz ölçüb bir biçmək lazımdır”.

F.İbrahimli əlavə edib ki, bu gün dünyada ideoloji müharibə getdiyindən bu məsələlərdə diqqətli olmalıyıq:

“Bu gün hər hansı tarixçi, mütəxəssis tərəfindən deyil, məhz Prezident tərəfindən dünyaya bəyan olunur ki, Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb. Prezident tərəfindən belə bir bəyanatın səslənməsi dünyada tamailə fərliq bir münasibət formalaşır. Azərbaycan Prezidentinin Avropa dilində məsələni izah etməsi tamamilə başqa rezonansa səbə olur. Cənab Prezident bu məsləni daima gündəmdə saxlayır və lazım gəldikcə beynəlxalq tribunalardan səsləndirir. Ölkə başçısı özü bu ideoloji mübarizədə birbaşa iştirak edir”.

Mürtəza

Ölkə.Az