Azərbaycan sabiq məmura cinayət işi açıldı

Lənkəran rayon Prokurorluğundan ;verilən məlumata görə, həmin tədbirlərin davamı kimi Lənkəran rayonu, Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə daxil olmuş material Lənkəran Rayon Prokurorluğunda araşdırılıb.

Azərbaycan sabiq məmura cinayət işi açıldı

Belə ki, araşdırmalarla məktəbin direktoru Zeynəb Əhmədovanın işlədiyi müddət ərzində ;vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət etmiş şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin edilməsi müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi nemət ;almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işinə başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.