Azərbaycanda 7,3 ton narkotik məhv edildi

Yardımlı və Bərdə rayonlarında yabanı halda bitmiş çətənə kolları aşkar edilib

Azərbaycanda 7,3 ton narkotik məhv edildi

Yardımlı və Bərdə rayonlarında yabanı halda bitmiş çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Arvana kəndi ərazisində 728 hektar sahədən yabanı halda bitmiş, çəkisi 5,3 ton olan 13700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Lənbəran kəndi ərazisində 1,5 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2 ton olan 4815 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.