Azərbaycanda baş prokuror kürəkənini işdən çıxardı

"Ölkə.Az"ın BakuPost-a istinadən məlumatına ;görə, əmrə əsasən, Səbail Rayon Prokurorunun müavini Orxan Nuriyev vəzifəsindən azad olunub.

Azərbaycanda baş prokuror kürəkənini işdən çıxardı

Orxan Nuriyevin başqa dövlət qurumunda vəzifəyə təyin olunduğu bildirilir. O bildirib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən, Səbail rayon prokurorunun müavini Orxan Nuriyevin başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verilib.

E.Sultanov qeyd edib ki, ;Baş Prokurorluğun Mətbuat xidmətində onun hansı vəzifəyə keçməsi barədə məlumat yoxdur.

Qeyd edək ki, Orxan Nuriyev ;Prezident ;Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.