Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 49 yeni yoluxma - VİDEO

Azərbaycanda 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1933-cü il təvəllüdlü vətəndaş vəfat edib. Hazırkı dövrədək...

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 49 yeni yoluxma - VİDEO

Azərbaycanda 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1933-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 351 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.