Azərbaycanda dəhşət: sürücü qadın avtomobillə 13 nəfəri vurdu, 10-u uşaqdır -

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.

Azərbaycanda dəhşət: sürücü qadın avtomobillə 13 nəfəri vurdu, 10-u uşaqdır -

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.

TƏBİB-dən APA-ya verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılacaq.

Qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Xəsarət alan iki uşağın isə vəziyyəti orta ağırdır.

----------

Mingəçevirdə "Opel" markalı avtomobil qəza törədib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib.

Qadın sürücünün idarə etdiyi avtomobil 10 azyaşlı olmaqla, eyni anda 13 nəfəri vurub. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Belə ki, Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb.

Bu zaman həyat yoldaşının avtomobil idarə etməyi öyrətdiyi Zülfiyyə adlı xanım "Opel" markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb.

Xəstəxanaya yerləşdirilən yaralıların bəzilərinin durumu ağırdır.

Peyk.Az

Peyk.Az