Azərbaycanda karantin rejimi dayandırıla bilər - MİLLƏT VƏKİLİ

Azərbaycanda karantin rejimi dayandırıla bilər - MİLLƏT VƏKİLİ

"Hazırda sağalma nisbəti yoluxmadan daha çoxdu. Əgər karantini tamamilə dayandırsaq, ciddi problemlər yarana bilər.

Müalicələrin effektivliyinin artdığı, tendensiya sağalmağa doğru getdiyi bir vaxtda karantini tamamilə dayandırmaq bizi geri aparar.  Amma təbii ki, bunun həlli yolu var. Türkiyənin təcrübəsindən istifadə edə bilərik. Türkiyədə hər bir yer açıldı, amma bir şərtlə ki, ciddi nəzarət tətbiq olunsun. Hamı maskadan, əlcəkdən və dezinfeksiya vasitələrdən istifadə etsin. Bu şərtləri yerinə yetirməklə Azərbaycanda da karantini ləğv etmək olar".

Bu sözləri Redaktor.az-a millət vəkili Jalə Əhmədova deyib. O bildirib ki, karantin uzandıqca günəmuzd işləyən insanların ciddi problemləri yaranır:

"Artıq neçə aydır iş yerləri bağlı olduğu üçün günəmuzd işləyən insanların çox böyük problemləri yaranıb. Hətta 190 manatı ala bilməyən insanlar da var. Çünki adlarında torpaq sahəsi və s var. Bəlkə də həmin vətəndaş heç o ərazidən istifadə etmir, amma  buna görə yardım ala bilmir. Bu isə insanlarda böyük aqressiya yaradır. Düşünürəm ki, karantini müəyyən şərtlər daxilində dayandırmaq olar. Sadəcə Post Patrul Xidməti, polislər, Daxili Qoşunlar və s. vəziyyətə ciddi nəzarət edə, şəhərdə reydlər təşkil edə bilərlər ki, hamı maskadan stifadə etsin. Belə olsa, çox yaxşı olar. Vətəndaşların da özlərində məsuliyyət güclü olmalıdır".Peyk.Az

Peyk.Az