Azərbaycanda komendant saatı tətbiq edilir? — Baş infeksionist danışdı

"Ölkə.Az" “sonxəbər”ə istinadən xəbər verir ki, bir nəfər əməkdaşın test nəticəsi müsbət çıxdığından qurumun digər əməkdaşıları da karantinə alınıblar.

Azərbaycanda komendant saatı tətbiq edilir? — Baş infeksionist danışdı

Bundan əlavə Kürdəmir rayonunda da yoluxma sayında artım müşahidə edilib.

Rayonlarda COVİD-19-a yoluxma hallarının birdən-birə artmasının səbəbi nədir?

Azərbaycanın baş infeksionisti Cəlal İsayev rayonlarda koronavirusun sürətlə yayılmasına aydınlıq gətirib:

"Virus rayona göydən düşmədi ki. Kimsə gedib orada yaşayan insanları yoluxdurub. Biz həmişə vətəndaşlara deyirik ki, xəstəlikdən qorunun.

İnsanlar bilməlidirlər ki, xüsusən də cavanlar bu xəstəliyi əlamətsiz keçirir. Onlar Operativ Qərargahın tövsiyə etdiyi qaydalara əməl etmədiyinə görə xəstəliyin yayılma ehtimalı var. Gərək insanlar bu qərarların hamısına ciddi surətdə əməl etsinlər.

Bəzi insanlar hesab edirlər ki, virus onlara heç nə etməz, düşünmürlər ki, ətrafdakıları yoluxdura bilərlər. İnsanlar koronavirusa "barmaqarası" baxırlar.

Bu da rayonlarda və ümumi respublikamızda xəstələnmə saylarının artmasıyla nəticələnir".

Baş infeksionist qeyd edib ki, insanlar virusa bundan sonrakı dövrdə səhlənkar yanaşsa, pandemiya uzana bilər:

"İnsanlar qaydalara əməl etməsə, bu virusun "quyruğ"u uzanacaq. Biz ehtimal edirdik ki, havaların isinməsi və insanların əks-epidemik qaydalara əməl etməsi xəstəliyin ölkədən yavaş-yavaş çəkilməsinə səbəb olacaq, lakin onlar buna əməl etmək istəmirlər.

Mağazalara və digər məkanlara gedən zaman maskalı insan görmürük. Metroda da insanların maskasız gəzdiyini görürəm. Bu cür yanaşma ilə epidemiyaya qalib gələ bilmərik".

Məlumdur ki, qonşu ölkələrdə, xüsusən də Türkiyədə pandemiya ilə əlaqədar müəyyən saatlarda xüsusi icazə olmadan küçələrə çıxmaq qadağan edilir.

Tətbiq olunan həmin komendant saatı insanların yoluxma saylarının aşkarlanmasında yardımçı olur.

Baş infeksionist Cəlal İsayev həmiçinin qonşu ölkələrdəki kimi Azərbaycanda da virusla mübarizədə komendant saatının tətbiq edilməsi məsələsinə aydınlıq gətirib:

"İndiki vaxtda Türkiyədə insanların küçələrə 4 gün çıxmalarına icazə verilmir. Bu, xəstəliyin yayılmasının qarşısının alınmasına kömək olur.

Azərbaycanda həmin rejimin tətbiq olunması ümumi olaraq ölkədəki vəziyyətdən asılıdır. Belə getsə, bizdə də bu rejim, yəni komendant saatı tətbiq oluna bilər.

Həmin rejimin tətbiqi qərardan asılıdır. Hələlik bu səviyyəyə çatmamışıq. Çalışaq ki, verilən tövsiyələrə əməl edək".

Bildirilir ki, Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. “Azəriqaz” İstehsalat Birliyi vəsaitlərinə qənaətlə yanaşmaq, gəlirlərini daha səmərəli istifadə etmək məqsədilə belə bir addım atıb. Məlumat üçün bildirək ki, bir smart-kart tipli sayğacın qiymətinə 3 mexaniki sayğac almaq mümkündür. Hazırda istifadə edilən Itron Gallus Pay.G4 NGPP (smart) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti 220-240 manat, G-4T (mexaniki) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti isə 70-90 manat arasında dəyişir. Rəqəmlərdən də göründüyü kimi mexaniki sayğacların alınması dəyər baxımından daha sərfəlidir. Bundan başqa mexaniki sayğaclardan istifadə edən abonentlərin əvvəlki illərdən fərqli olaraq ödənişlərində hər hansı problem yaşanmır, bu da bu qurğuların tətbiqi işini optimallaşdırır.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov açıqlamasında deyib ki, bəzən abonentlər mexaniki sayğacların köhnə olduğunu irəli sürərək narahatlıqlarını ifadə edirlər: "Bu heç də belə deyil, bu tip sayğaclar bu gün də məşhur alman şirkəti tərəfindən istehsal olunur. Smart-kart tipli sayğaclardan fərqli olaraq mexaniki tipli sayğaclarda daim qaz axını mövcuddur, onlayn ödəniş imkanlarından istifadə etmək olar. Digər tərəfdən istifadə olunan qaza görə ödəniş barədə bildiriş aldıqdan sonra həmin vəsaiti 30 gün ərzində ödəməyə vaxt verilir. Yəni, 30 gün ərzində bu məbləğ abonent üçün borc hesab edilmir.

Başqa bir məqama aydınlıq gətirərək qeyd edək ki, dövri yoxlama müddəti bitmiş İTRON şirkətinin istehsalı olan Smart-kart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi zamanı smart sayğacda qalmış avans ödənişlər (istifadə olunmamış qaz sərfinin dəyəri) azı 10, geci 30 gün ərzində abonentin mexaniki sayğaclar üzrə olan hesabına kubmetrdən dəyərə çevrilməklə bərpa olunur. Əgər abonent bu avans ödənişlərin bərpasını tezləşdirmək istəyərsə, onda “ASAN Kommunal” mərkəzlərinə müraciət edə bilər. Debitor borcu olan və hissə-hissə ödənilməsi məqsədilə həmin borc smart kartına keçirilmiş abonentlər üzrə dövri yoxlama müddəti çatmış smart-kart tipli qaz sayğacları isə Birliyin Metrologiya Departamentində sınaqdan uğurlu çıxan smart-kart tipli qaz sayğacı ilə əvəzlənir.

Sayğacların yoxlanılması “Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. Həmin sənəddə qeyd edilir ki, əhali abonent qrupu üzrə qaz sayğacları 5 il, qeyri-əhali qrupu üzrə isə 3 ildən bir dövlət yoxlamasına təqdim olunmalıdır".

Qeyd edək ki, 2020-ci ilin 4 ayı ərzində 60 minə yaxın dövri yoxlama müddəti çatmış sayğac əvəzlənib. Bu isə bu il üçün ümumi nəzərdə tutulan hədəfin 13 %-ni təşkil edir.

"Ölkə.Az" trend-ə istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Qeyd olunub ki, koronavirus təhlükəsinə görə Həcc ziyarətinin dayandırılması ilə bağlı hələ ki Səudiyyə Ərəbistanı tərəfindən hər hansı bir bildiriş gəlməyib.

Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Koronavirus pandemiyasına görə Azərbaycanda martın 24-dən karantin rejimi tətbiq edildikdən sonra Həcc ziyarətinə sənəd qəbul edilmir.

Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanmışdı.

Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar təşkil edib. Builki qiymət artımı otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.