Azərbaycanda koronavirusa yoluxanların yaşları açıqlandı

“Ölkədə koronavirusa yoluxanlardan 640 nəfəri kişi, 557 nəfəri isə qadınlardır”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. “Yoluxanları yaş qruplarına görə bölsək, 0-9 yaş arasında...

Azərbaycanda koronavirusa yoluxanların yaşları açıqlandı

“Ölkədə koronavirusa yoluxanlardan 640 nəfəri kişi, 557 nəfəri isə qadınlardır”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

“Yoluxanları yaş qruplarına görə bölsək, 0-9 yaş arasında 66 nəfər, 10-19 yaş arası 60, 20-29 yaş arası 175, 30-39 yaş arası 214, 40-49 yaş arası 198, 50-59 yaş arası 248, 60-69 yaş arası 157, 70-79 yaşarası 56 nəfərdir”.

“80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə yoluxma qeydə alınıb”, - deyə sədr əlavə edib.

İlhamə Əbülfət