Azərbaycanda ən ağır koronavirus xəstələri onlardır - VİDEO

Hazırda dünyanın demək olar ki, bütün ölkələrində koronovirusa yoluxan və bu xəstəlik səbəbindən həyatının ən təhlükəli dönəmini yaşayan insanlar...

Azərbaycanda ən ağır koronavirus xəstələri onlardır - VİDEO

Hazırda dünyanın demək olar ki, bütün ölkələrində koronovirusa yoluxan və bu xəstəlik səbəbindən həyatının ən təhlükəli dönəmini yaşayan insanlar var.

Ölkəmizdə də onlarla belə xəstələr var ki, vəziyyətləri ağır olaraq qalır. Onların müalicəsi necə aparılır və vəziyyətlərinin bu qədər kritik olmasının səbəbləri nədir?

BAKU.WS Xəzər TV-yə iostinadən xəbər verir ki, hazırda onlarla insan süni nəfəs aparatına qoşulu vəziyyətdə həyatlarını davam etmək uğrunda mübarizə aparır.Bu insanların hər biri COVID-19 bəlasının qurbanlarıdır.

Xəstəliklə mübarizə aparıb, sağlamlığına qovuşanlarla bərabər onlarla xəstə var ki, vəziyyətləri kritik olaraq qalır.

TƏBİB-in işçi qrupunun rəhbəri Vasif Əliyevin sözlərinə görə, belə xəstələrin əksəriyyəti vaxtinda müalicəyə gəlməmiş insanlardır. Yəni xəstələyin ciddiyətinin fərqində olmayanlardır.

Belə xəstələrin vəziyyətinin daha da ağırlaşmasına səbəb virusun bədəndəki digər orqanlara təsiridir.

Vasif Əliyevin sözlərinə görə, xəstəliyin spesifik müalicəsi olmadığı üçün belə xəstələrə də xüsusi nələrsə edilmir. Üstəlik gecikmiş xəstələrə çox vaxt müalicə öz təsirini göstərmiyə bilir. Elə ən çox həyatını itirənlər də məhz vəziyyəti kritik olanlardır.

Qeyd edək ki, hər keçən gün xəstəliyə yoluxma və ondan müalicə olanlarla yanaşı vəziyyəti ağır olan xəstələrin sayı da dəyişir.

Peyk.Az

Peyk.Az