Azərbaycanda tanınmış jurnalist koronavirusa yoluxdu - FOTO

Tanınmış idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.   Oxu.Az xəbər verir ki, bu barədə jurnalist özü “Facebook” səhifəsindən açıqlama verib.  O bildirib ki, anası və özü yeni tip koronavirusa (COVİD-19) yoluxub və xəstəliklə mübarizəsi davam edir.   Jurnalistin ilk testinin cavabı neqativ...

Azərbaycanda tanınmış jurnalist koronavirusa yoluxdu - FOTO

Tanınmış idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.  

Oxu.Azxəbər verir ki, bu barədə jurnalist özü “Facebook” səhifəsindən açıqlama verib. 

O bildirib ki, anası və özü yeni tip koronavirusa (COVİD-19) yoluxub və xəstəliklə mübarizəsi davam edir.  

Jurnalistin ilk testinin cavabı neqativ çıxsa da, sonrakı test pozitiv nəticə verib.  

O, həmçinin insanlara səslənərək virusa qarşı diqqətli olmağı tövsiyə edib.