Azərbaycanda yeni tədris ili TƏXİRƏ SALINA BİLƏR? - Ekspert DANIŞDI

Artıq bizim üçün 2019-2020-ci tədris ili başa çatıb. İndi hər kəsi sentyabır ayından etibarən yeni - 2020-2021-ci il üçün tədris ili...

Azərbaycanda yeni tədris ili TƏXİRƏ SALINA BİLƏR? - Ekspert DANIŞDI

Artıq bizim üçün 2019-2020-ci tədris ili başa çatıb. İndi hər kəsi sentyabır ayından etibarən yeni - 2020-2021-ci il üçün tədris ili başlayı-başlamayacağı düşündürür.

Milli.Az xəbər verir ki, bunu Təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert 2020-2021-ci il üçün tədris ilində də alternativ təhsil alma formasının qalma ehtimalının olduğunu bildirib:

"Bu, bilavasitə asılıdır ölkədəki pandemiyanın vəziyyətindən, yoluxanların sayından. Təbii ki, bu sahədə işlər aparılır, amma görünən ondan ibarətdir ki, əgər virusa yoluxmanın əhatə dairəsi genişlənərsə, yoluxanların sayı, yaxud da ki, digər təhlükəli məqamlar olarsa, sentyabr ayının 15-dən etibarən tədris ilinin başlanması ilə bağlı müəyyən problemlər artıq ortaya çıxa bilər. Bu zaman artıq alternativ təhsil alma forması qaçılmazdır".

Qeyd edək ki, Baş nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb. Bu sərəncam imzalandığı gündən (30 maydan) qüvvəyə minir.

Bildirək ki, qonşu Gürcüstanda koronavirus pandemiyası səbəbindən yeni tədris ilinin başlanılması təxirə salına bilər. Bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze bildirib. Nazir deyib ki, Gürcüstan sentyabrda da digər ölkələr kimi COVID-19-la birgə yaşamalı olacaq.Peyk.Az

Peyk.Az