“Azərbaycanın Türkiyədən silah və hərbi texnika alması daha məqsədəuyğundur” –Partiya sədri

“İki ölkə arasında hərbi-texniki əməkdaşlıq qarşılıqlı münasibətlərin xarakterinə uyğundur”.

“Azərbaycanın Türkiyədən silah və hərbi texnika alması daha məqsədəuyğundur” –Partiya sədri

“İki ölkə arasında hərbi-texniki əməkdaşlıq qarşılıqlı münasibətlərin xarakterinə uyğundur”.

Bu sözləri Peyk.az-a açıqlamasında Azərbaycanın Türkiyədən kreditlə hərbi texnika almaq niyyətinə münasibət bildirən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev deyib.

Musa Ağayevin fikrincə, Azərbaycan təkcə Türkiyə ilə deyil, dünyanın bir çox ölkələri ilə sıx hərbi-texniki əməkdaşlıq qurub:

“Azərbaycanın son illər ən çox silah aldığı ölkələr arasında Rusiya, İsrail, Belarus və Türkiyə mühüm yer tutub. Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağı gözlənilmir və buna görə də problemin hərb yolu ilə həlli üçün bütün vasitələrdən istifadə edilməlidir.

Hər halda, Azərbaycanın Türkiyədən hərbi texnika alması daha məqsəduyğundur və bu əməkdaşlıq qarşılıqlı münasibətlərin xarakterinə tam uyğundur. Türkiyədən alınan hərbi texnikanın münaqişənin həllində nə dərəcədə rol oynayacağı gələcəkdə daha aydın görünəcək”.

Xatırladaq ki, Türkiyənin “Yeni Akıt” qəzetinin məlumatına əsasən, Azərbaycan Türkiyədən kredit şərtlərilə 200 milyon lirə dəyərində (50,1 milyon manatdan çox) İHA, SİHA, “Altay” tankı və “Atak” helikopterləri almaq niyyətindədir.

Gülşən Şərif

www.peyk.az