Azərbaycanlı doktorant xərçəngə qarşı dərman hazırladı - FOTO

Aralarında həmyerlimiz Aslan Mansurovun da olduğu Çikaqo Universitetinin (University of Chicago) alimlər qrupu xərçəngə qarşı yeni immunopreparat hazırlayıblar.  Oxu.Az xəbər verir ki, alimlər İnterlikin-12 (IL-12) zülalını genetik yolla dəyişdirib, onu sağlam orqanlara deyil, məhz xərçəng hüceyrələrinə yönəltməyə nail olublar. Bu...

Azərbaycanlı doktorant xərçəngə qarşı dərman hazırladı - FOTO

Aralarında həmyerlimiz Aslan Mansurovun da olduğu Çikaqo Universitetinin (University of Chicago) alimlər qrupu xərçəngə qarşı yeni immunopreparat hazırlayıblar. 

Oxu.Az xəbər verir ki, alimlər İnterlikin-12 (IL-12) zülalını genetik yolla dəyişdirib, onu sağlam orqanlara deyil, məhz xərçəng hüceyrələrinə yönəltməyə nail olublar.

Bu texnologiya IL-12 zülalının effektivliyini qat-qat artıraraq, yan təsirlərini tamamilə aradan qaldırıb. Tədqiqatın nəticələri biomühəndislik və biotexnologiya sahəsində ən nüfuzlu nəşrlərdən biri sayılan “Nature Biomedical Engineering” jurnalında dərc olunub.

A.Mansurov hazırlanan məqalənin birinci müəllifidir. O, hazırda Çikaqo Universitetinin molekulyar mühəndislik fakültəsinin doktorantıdır. 

A.Mansurovun işlədiyi elmi qrupun rəhbəri Ceffri Hubbell bioloji materiallar və biomühəndislik sahəsində dünyanın aparıcı ekspertlərindən biridir. Ceffri Hubbell ABŞ-ın Milli Tibb Akademiyasının (National Academy of Medicine) və Milli Mühəndislik Akademiyasının (National Academy of Engineering) seçilmiş üzvüdur.

A.Mansurov 2013-cü ildə “Qafqaz” gimnaziyasını qızıl medalla bitirib. 2017-ci ildə ABŞ-ın Minnesota Universitetinin (University of Minnesota) kimya mühəndisliyi dərəcəsini fərqlənmə ilə başa vurub və hazırda Çikaqo Universitetinin Pritzker Molekulyar Mühəndislik İnstitutunda (Pritzker School of Molecular Engineering) doktorantdır.