Azərbaycanlı jurnalist koronavirusdan sağaldı — FOTO

"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə məlumat paylaşıb. A.Cəfərsoy sağalması üçün göstərdikləri dəstəyə görə ;Tibb Universitetinin Tədris Terapevtik Klinikasının tibb işçiləri heyətinə təşəkkür edib.

Azərbaycanlı jurnalist koronavirusdan sağaldı — FOTO

O bildirib ki, ;immunitet sistemini gücləndirmək üçün dərmanlardan, təbii qidalardan istifadə edir:

“Koronavirus orqanizmə ciddi təsir edib, çəkim də azalıb. Həkim məsləhətinə əsasən, ;immuniteti gücləndirmək üçün dərmandan, təbii qidalardan istifadə etməyə davam edirəm”.

Qeyd edək ki, jurnalistin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də koronavirusdan Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.

Xatırladaq ki, Anar Cəfərsoy mayın 22-də koronavirusa yoluxduğunu bildirmişdi.

Ölkə.Az