Azərbaycanlı müğənni üsyan etdi: “Ünvanıma qarğışlar və təhqirlər yazırlar” — FOTO/VİDEO

"Ölkə.Az" xəbər verir ki, bu sözləri “Yeni ulduz” mahnı musabiqəsi ilə məşhurlaşan müğənni Elvin Abdullayev “ATV Maqazin 10larla” proqramına verdiyi müsahibəsində deyib.

Azərbaycanlı müğənni üsyan etdi: “Ünvanıma qarğışlar və təhqirlər yazırlar” — FOTO/VİDEO

Sənətçi sosial mediada barəsində yazılan təhqir dolu şərhlərə üsyan edib:

“Son zamanlar mənə nalayiq ifadələr yazırlar. Qarğışların ardı-arası kəsilmir. Heç kimlə ədavətim, problemim yoxdur. Tərbiyəli insanam. Efirləri zəbt edib, boş-boş danışan sənətçi deyiləm. Sənətçi dostlarım arasında hörmətim var. Hamının da hörmətini saxlayıram”.

E.Abdullayev məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməsə də, onu söyən izləyicilərə xəbərdarlıq ünvanlayıb:

“Hələ ki haqqımda yazılan təhqir dolu şərhlərə görə polisə müraciət etməmişəm. Pislik etməyi sevmirəm. Problemlərdən qaçan insanam. Ağzıgöyçəklər sosial mediada yazılan başlıqları oxuyub, xoşagəlməz rəylər yazırlar. Hər birinizdən rica edirəm, haqqımda heç nə yazmayın.

“Yeni ulduz” müsabiqəsi bitəndən sonra eqolu, özüm haqda böyük fikirdə idim. Amma indi belə deyiləm”.

Qeyd edək ki, müğənni 2014-cü ildə keçmiş teleaparıcı, hazırda isə kanalların birində rejissor kimi çalışan Afət adlı ;xanımla ;ailə qurub. Cütlüyün Tuncay adlı bir oğlu var.