Azərbaycanlı teleaparıcıdan vətəndaşlara SƏRT SÖZLƏR — “Ay məntiqsizlər...” - FOTOFAKT

“Ölkə.Az” xəbər verir ki, bunu teleaparıcı İlahə Şıxlinskaya sosial şəbəkədi hesabında yazıb:

Azərbaycanlı teleaparıcıdan vətəndaşlara SƏRT SÖZLƏR — “Ay məntiqsizlər...” - FOTOFAKT

“Evdə oturmaq istəmirsiniz - deyirsiniz ki, ac qalırıq, iqtisadiyyat çökür filan. Evdən buraxdılar sizi, xahiş etdilər məsafə saxlayasınız, maska taxasınız - yenə deyinirsiniz. Ay nə bilim maska məni boğur, ay virus boş şeydir və s.

Rəqəmlər artır, anlayırsınız bunu? Yoluxanlarla sağalanların arasında olan fərq pis tərəfə dəyişməyə başladı, ona görə qərara aldılar ki, şənbə-bazarları sizi evdə bağlasınlar.

Düz edirlər! Əhsən! Bilirsiniz niyə? Çünki görməmiş kimi düşəcəksiniz şəhərin canına!

Restoranlar axşam 10-a kimi açıq, hamı toplaşacaq mərkəzdə, marça-murç, qucaqlaşmaq, özünü göstərmək, boş-boş danışmaq!

Və bu 2 gün ərzində yoluxanların sayı bir neçə dəfə artacaq!

Siz axı niyə beləsiniz?

Niyə elementar şeyləri dərk edə bilmirsiniz?”