“Azəriqaz” sərt karantin günlərində çalışan gənc mühəndisləri mükafatlandırıb - VİDEO

. Bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsi video çarx hazırlayıb

“Azəriqaz” sərt karantin günlərində çalışan gənc mühəndisləri mükafatlandırıb - VİDEO

Xüsusi karantin rejiminin sərtləşdirildiyi 14-15 iyun tarixlərində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları fəallıqla çalışıblar. Smart-kart tipli sayğacların koda düşməsi, qalıq qaz həcminin bitməsinə görə karta ödənişlərin icrası və s. müraciətlər vaxtında icra olunub.

“Report” xəbər verir ki, bu barədə “Azəriqaz”ın məlumatında qeyd edilib. ;

Bildirilib ki, bu cür aktiv və yorulmadan çalışan, öz işinə məsuliyyətlə yanaşan Birliyin “Çağrı mərkəzi”nin əməkdaşları Emil Ramazanov, Novruz Cəfərov, Həşim Həşimli xüsusilə seçilib. Birliyin rəhbərliyi bu gənc mühəndislərin təşəkkürnamə və qiymətli hədiyyələrlə mükafatlandırılması barədə qərar qəbul edib. Bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsi video çarx hazırlayıb.