“Azərpoçt”un şöbələrinin fəaliyyəti məhdudlaşdırılır — RƏSMİ

Bu barədə "Ölkə.Az"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Azərpoçt”un şöbələrinin fəaliyyəti məhdudlaşdırılır — RƏSMİ

Bildirilib ki, qeyd edilən ərazilərdə yerləşən bütün poçt şöbələri, eyni zamanda Bakı və Sumqayıt şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri 5 iyun saat 14:00-dan 8 iyun saat 08:00-dək xidmət göstərməyəcək.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla digər şəhər, rayon, kənd poçt şöbələri, həmçinin Cəlilabad, Zaqatala və Ağdaş şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri əvvəlki iş rejiminə uyğun olaraq fəaliyyətlərini davam etdirəcək.