AzTV-nin bir neçə əməkdaşı koronavirusa yoluxub? — AÇIQLAMA

"Ölkə.Az"ın oxu.az-a istinadən məlumatına görə, televiziyanın “Xəbərlər” departamentinin işçiləri arasında koronavirus şübhəsi ilə bağlı karantinə alınanlar var.

AzTV-nin bir neçə əməkdaşı koronavirusa yoluxub? — AÇIQLAMA

Onlardan bəzilərində COVID-19-la bağlı götürülən test nümunələrinin cavabı müsbət (pozitiv), bəzilərində isə mənfi (neqativ) olub. ;

Ehtiyat məqsədilə televiziyanın digər əməkdaşlarından da test nümunələri götürülüb. Onların cavabları hələlik bəlli deyil.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məsələ ilə bağlı redaksiyamıza açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib:

“Bu mövzu ilə bağlı bir neçə media nümayəndəsi mənimlə əlaqə saxlayıb. Onlara da bildirmişəm ki, AzTV-nin əməkdaşlarından bir operator koronavirusla bağlı karantinə alınıb.

Ümumiyyətlə, əməkdaşlarımızdan çəkilişə getməzdən əvvəl analizlər götürülüb, müvafiq yoxlamalar aparılıb. Karantinə alınan operatorumuzdan başqa, digər əməkdaşların koronavirusa yoluxması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.