“Bədənimi istədiyim formaya salmağı bacardım”

“Uşaqlıqdan dəyişməyən bir şey var həyatımda. Hər ilin sonu özümə hesab vermək və növbəti il üçün qarşıya yeni məqsədlər qoymaq. Ona görə hər il həyatım bir öncəkindən daha produktiv və inkişaf dolu olur. İlin əvvəli qarşıma qoyduğum arzuların çoxunu reallaşdırdım!”.

“Bədənimi istədiyim formaya salmağı bacardım”
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri Amerikada yaşayan azərbaycanlı aparıcı, məşhur bloger Günel Hümbətova instaqramda yazıb. O, 2019-cu ilin həyatında qoyduğu izlərdən danışıb:

1. İngilis dilimi daha da inkişaf etdirdim (hələ də etdirməkdəyəm).

2. Mənə əlçatmaz görünən bir neçə şirkətlə, brendlə əməkdaşlıq etdim.

3. Nyu-York fəşn sənayesinin çox önəmli insanları ilə tanış oldum.

4. Ali məktəbə daxil oldum.

5. Bədənimi istədiyim kimi etməyi bacardım və hələ də idmana və sağlam qidalanmağa davam edirəm. 2020-ci illə bağlı arzularımın hələ ki, listi tam hazır deyil, tezliklə paylaşacağam. Bunlar mənim sırf özümlə bağlı məqsədlər idi deyə paylaşdım. Həyatda hər şey mümkündür. Hamımız çox şeyə qadirik. Bacarıqsız insan yoxdur. Tənbəl insan var. Sizdə vəziyyət necədir? Özünüzlə hesab-kitab etmisiniz artıq?”