Home Ölkə Bərdədə yol qəzası olub, xəsarət alanlar var

Bərdədə yol qəzası olub, xəsarət alanlar var

206
0

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Peyk.az “Report”a istinadən xəbər verir ki, hadisə Soğanverdilər kəndində qeydə alınıb.

“VAZ-2107” markalı minik avtomobilinin digər avtomobillə toqquşması nəticəsində avtomobilin sürücüsü və sərnişinləri – 1986-cı il təvəllüdlü Abbasov Nemət Şakir oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Asif Rizvan oğlu, 1993-cü il təvəllüdlü Fərhadlı Loğman Cabir oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here