Bəxtiyar qələbə qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.

Bəxtiyar qələbə qazandı
https://peyk.az

Peyk.az xəbər verir ki, 33 yaşlı idmançımız “UAE Warriors9” çərçivəsində uğur əldə edib. O, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib. Orta çəki dərəcəsində çıxış edən Bəxtiyar döyüşü qələbə ilə başa vurub.

“Mubadala Arena”dakı döyüş Abbasovun peşəkar karyerasında keçirdiyi 23-cü qarşılaşma olub. O, özünün 18-ci qələbəsini bayram edib.