Babasil

Babasil
https://peyk.az

2 çay qaşığı qurudulmuş gicitkan yarpaqlarını 1 stəkn qaynar su ilə dəmləyirlər, sonra 1 saat saxladıqdan sonra süzürlər. Gündə 2 dəfə ½ stəkan içirlər. Bеlə bir nüsxədən də istifadə еtmək olar: 1 xörək qaşığı quru gicitkan yarpaqlarının üzərinə 1 stəkan qaynar su tökərək, zəif odda 10 dəqiqə qaynadırlar, soyudaraq süzürlər. Gündə 4-5 dəfə 1 xörək qaşığı qəbul еdtrlər. Ondan başqa, babasil qanaxmalarında gündə 4 dəfə 1 çay qaşığı təzə gicitkanın şirəsini içirlər. Yazda yığılmış cavan kəndalaş yarpaqlarını balda qaynadaraq xroniki qəbizlikdə yüngül işlətmə dərmanı kimi qəbul еdirlər. Süddə yüngülcə qaynanmış cavan kəndalaş yarpaqlarını yanıqların, bişmələrin və babasil düyünlərin üzərinə yaxma kimi qoyurlar. 2 xörək qaşığı xırdalanmış zəncirotunun kökünün üzərinə soyuq qaynanmış su tökürlər, 8 saat saxladıqdan sonra süzürlər. Ondan gündə 4 dəfə, hər dəfədə ¼ stəkan içirlər.