Babək qəsəbəsinə şəhər statusu verilir

İyunun 8-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.  “Peyk.AZ” xəbər verir ki, iclası açan komitə sədri Siyavuş

Babək qəsəbəsinə şəhər statusu verilir

İyunun 8-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. 

“Peyk.AZ” xəbər verir ki, iclası açan komitə sədri Siyavuş Novruzov gündəlik haqqında məlumat verib.

Bildirilib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi baxılmaq üçün müzakirəyə çıxarılır. Layihəyə əsasən Naxçıvanın Babək qəsəbəsinə şəhər statusunun verilməsi, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi nəzərdə tutulub. 

Müzakirələrin sonunda sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Günel Türksoy