Bağdadi nə qədər terrorçudursa, Kobani də... - Soyludan sərt sözlər

Bağdadi nə qədər terrorçudursa, Kobani də... - Soyludan sərt sözlər

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu YPG terror təşkilatının lideri "Mazlum Kobani" kod adlı Fərhad Abdi Şirini leqallaşdırmağa çalışan ölkələrə sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, o, Fərhad Abdi Şirinə qarşı yumşaq münasibətin və "General Kobani" kimi adlanmasının qəbulolunmaz olduğunu bildirib.

"Əl-Bağdadi nə qədər terrorçudursa, Fərhad Abdi Şahin də bir o qədər terrorçudur. Bu qədər açıq və aydındır", - deyə Soylu qeyd edib.

Nazirin fikrincə, telefonla danışmaq, onunla əlaqə yaratmaq onun terrorçu simasını dəyişmir: "O, canidir, qatildir və hüquq dövlət sayılan dövlətlər bu cür hərəkət etməməlidir. Bunu biz yox, ABŞ, Avropa hüquqşünasları deyir. Ayıb olsun! Sizin terrorizmlə mübarizə və qanunun aliliyi anlayışınıza heyf. İllər boyu sizə miras qalan qalan sivilizasiya dəyərlərini necə hədər etdiyinizdən utanın. Biz öz taleyimizi və bu coğrafiyanın taleyini Qərbdəki duzsuz adamların kefinə buraxa bilmərik".