Bağdadinin bütün ailə üzvləri tutuldu

Türkiyənin Prezident Administrasiyasının əlaqələr üzrə sədri Fahrettin Altun İŞİD-in öldürülmüş lideri Əbubəkr Əl-Bağdadinin bütün ailə üzvlərinin ələ keçirildiyini bəyan edib.

Bağdadinin bütün ailə üzvləri tutuldu
https://peyk.az

Peyk.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın terrorçunun həyat yoldaşının ələ keçirilməsi açıqlamasından sonra Altun daha bir məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Bağdadinin bacısından sonra xanımı, daha sonra isə digər ailə üzvləri saxlanılıb.

Müdafiə Nazirliyi isə tez bir zamanda yeni məlumatları ictimaiyyətlə bölüşəcəklərini, Avropa vətəndaşı olan İŞİD-çilərin isə ekstradisiya ediləcəklərini açıqlayıb.