"Bakı bizim böyük uğurumuza şahidlik edə bilər"

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir milli komandanın Avro-2020 matçlarının Bakıda keçirilməsi barədə fikirlərini bildirib.

https://peyk.az

Peyk.az Türkiyə mətbuatına istinadən  xəbər verir ki, o, Bakı Olimpiya Stadionunun Türkiyə yığmasının matçlarında tam dolacağına inandığını bildirib:

“2 oyunumuzu Bakıda keçirəcəyik və bu, bizim üçün böyük üstünlükdür: iki dövlət, bir millət. Bakıda stadion tam dolu olacaq. Azarkeş üstünlüyümüzdən yararlanıb qrupdan çıxa bilərik. Bakı bizim böyük uğurumuza şahidlik edə bilər. Bizi dəstəkləyəcək hər kəs indidən bilet ala bilər”.

Xatırladaq ki, “A” qrupunun Bakıda keçiriləcək oyunlarında Türkiyə Uels və İsveçrə yığmalarıyla qarşılaşacaq.