Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir - CƏDVƏL

Qış mövsümünə keçidlə əlaqədar noyabrın 12-dən Bakı-Gəncə-Bakı sürət elektrik qatarının hərəkət cədvəli dəyişdiriləcək. 

Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir - CƏDVƏL
https://peyk.az

Peyk.az "report"a "istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. 

Məlumata görə,  gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC həmin istiqamətdə qatarların qrafikini yeniləyib.

702/701 nömrəli qatar Bakıdan saat 08:45-da yola düşəcək, saat 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə saat 21:15-də Bakıda olacaq.