Home Kriminal Bakı metrosunda insident – keçmiş məhkum qadına hücum etdi

Bakı metrosunda insident – keçmiş məhkum qadına hücum etdi

265
0

Bakı metrosunda soyğunçuluq hadisəsi baş verib.

PEYK.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 2-də saat 11 radələrində metronun “Neftçilər” stansiyasının platformasında Bakı şəhər sakini olan qadının çantasından içərisində 110 manat pulu və sənədi olan pulqabısını soyğunçuluq yolu ilə götürən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş İntizam Məmmədov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here