Bakı metrosunda müşahidə olunan sıxlığın səbəbi açıqlandı — VİDEO

"Ölkə.Az" bildirir ki, bunu oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, metroda heç bir hadisə baş verməyib:

Bakı metrosunda müşahidə olunan sıxlığın səbəbi açıqlandı — VİDEO

“İstər metronun “28 May” stansiyasında, istərsə də digər stansiyalarda pik saatlarda sərnişin sıxlığı müşahidə edilir. Sərnişinlərin stansiyaya kütləvi şəkildə daxil olmaması üçün karantin rejiminin tələblərinə uyğun tədbirlər görülür. Fotolar da pik saatda çəkilib.

Bütün sərnişinlər sosial məsafənin qorunması çərçivəsində stansiyaya daxil olurlar. Sərnişinlərin stansiyalara buraxılmamasına dair məlumatlar həqiqəti əks etdirmir”.

***

Bu gün axşam saatlarında metroda sıxlıq yaranıb.

Sıxlıq metronun “28 May” stansiyasında müşahidə edilib. Yüzlərlə adam metroya daxil olmaqda çətinlik çəkib.

Sıxlıqdan xeyli sayda sərnişin metronun giriş qapısından içəri daxil ola bilməyib.